Mixail Yefremovun azadlığa buraxılma səbəbi | Əməkdar artistə şərtlər qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar bilinərək həbs edilən Rusiyanın Əməkdar artisti Mixail Yefremov şərti azadlığa buraxılıb.
Məhkəmə qərarına əsasən, M.Yefremov hər ay tənzimləyici orqana məlumat verməli və yaşayış yerini dəyişməməlidir. O, qaydaları pozarsa və ya öz vəzifələrini yerinə yetirməsə, şərti azadlığa buraxılması ləğv olunacaq.
Şərti azadlığa səbəb M.Yefremovun səhhətinin pisləşməsi olub. Aktyorun vəkili bildirib ki, onun ilk addımı xroniki obstruktiv ağciyər xəstəliyindən müalicə almaq olacaq.
Sonuncu məhkəmə iclasında aktyor bir daha içki içməyəcəyini və maşın sürməyəcəyini bildirib. Ümumilikdə M.Yefremov 8 illik cəzasının 4,5 ilini həbsdə çəkib.
Qeyd edək ki, 8 iyun 2020-ci ildə M.Yefremovun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində kuryer Sergey Zaxarov dünyasını dəyişib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
