Pleyeri seçin:

Moldova Rumıniyaya birləşir?

18 may 2023 132 baxış

Şərqi Avropanın tarixi Bessarabiya ərazisində yerləşən Moldova son vaxtlar regionda gedən müharibə səbəbindən geostrateji aktuallığı ilə yanaşı, qonşu Rumıniyaya birləşmə ehtimalı ilə də gündəmdədir. Bu iki ölkənin tarixən eyni kökə və milli birliyə malik olmaları ilə izah edilən bu birləşmə istəyi tək ölkədə yox, regionda da mübahisəyə çevrilib.

Moldova parlamentinin sədri İqor Qrosu Baku TV-nin Şərqi Avropa bürosuna bildirib ki, ölkənin bir hissəsi bu birləşmənin tərəfdarıdır. O, özü də bu iki ölkənin eyni millət olması fikrindədir.

“Mən Moldova və Rumıniya arasında sərhəd olmamasının tərəfdarıyam. Çünki bu sərhəd Rusiya imperiyasının və Sovet İttifaqının yaratdığı maneədir. Eyni dili danışırıq, eyni dinin mənsubuyuq, eyni mədəniyyəti, tarixi bölüşürük. Hazırda referendum keçirilməsi məsələsi mövcud deyil. Hamımız inteqrasiya prosesinə köklənmişik. Avrointeqrasiya bizə Rumıniya, Avropa İttifaqı ilə birlikdə olmağa kömək edəcək”, – deyə o qeyd edib.

Hakim Hərəkat və Həmrəylik Partiyasından deputat Vitaliy Jakot isə deyir ki, Rumıniya ilə birləşmənin qatı tərəfdarıdır. “Biz tarixən Rumıniyanın bir hissəsiyik. Mən özümü bu millətin bir hissəsi sayıram. Moldova və Rumıniya xalqı bir millətdir”, – deyə Vitaliy Jakot vurğulayıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 132 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 132 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 132 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 132 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 132 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 132 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 132 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 132 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 132 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 132 baxış
Seçilmişlər
icon