Pleyeri seçin:

Moskva günahı separatçıların üstünə atır

03 yanvar 2023 232 baxış

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Makeyevka şəhərində yüzlərlə hərbçinin məhv edilməsində günahı “Donetsk Xalq Respublikası” separatçılarının və səfərbər edilmiş qüvvələrin üzərinə atmağa çalışır.

Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Yanvarın 1-də Ukrayna Silahlı Qüvvələri işğal altındakı Makeyevkada dəqiq zərbə sayəsində 400-ə yaxın rus hərbçisini məhv edib, 300-ə yaxını isə yaralanıb. Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Makeyevkada bir qrup rus hərbçisini məhv etdiyini təsdiqləsə də, itkilərin Ukrayna tərəfinin elan etdiyindən xeyli az olduğunu bildirib. Onlar çox güman ki, zəif əməliyyat təhlükəsizliyinə görə günahı “Donetsk Xalq Respublikası” rəsmilərinin üzərinə atmağa çalışır. Separatçılar isə Rusiya dövlət telekanallarına bildiriblər ki, zərbə Rusiya hərbçilərinin şəxsi mobil telefonlarından istifadə edərək əməliyyat təhlükəsizliyini pozmasına görə baş verib", - deyə məlumatda bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə cəbhədəki son vəziyyəti açıqlayıb. Məlumatda Rusiya qoşunlarının Baxmut istiqamətində irəliləməyə çalışması qeyd olunub. Bildirilib ki, Avdeevka və Liman bölgələrində Rusiya ordusu taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır.

"Rusiya hərbçilərinin Luqansk və Donetsk vilayətlərinin 13 yaşayış məntəqəsinə hücumları dəf edilib. Gün ərzində Rusiya qoşunları Ukraynaya 6 raket və 52 hava zərbəsi endirib. Bütün raketlər və 30 digər hava zərbələrində mülki infrastruktur hədəf alınıb. Rusiya ordusu havaya 27 zərbə dronu buraxıb. Onların hamısı zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 232 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 232 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 232 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 232 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 232 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 232 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 232 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 232 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 232 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 232 baxış
Seçilmişlər
icon