Pleyeri seçin:

Moskva hansı ölkələrə xəbərdarlıq etdi? | Zelenski 9 Mayla bağlı nə açıqladı? - Baku TV

07 may 2026 255 baxış

Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün beynəlxalq təşkilatların nümayəndəliklərinə və xarici diplomatik missiyalara Kiyevdəki heyətlərini əvvəlcədən təxliyə etmək çağırışını əks etdirən xəbərdalıq göndərilib.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilir.

Qeyd olunur ki, 2026-cı il mayın 4-də Rusiyanın Müdafiə Nazirliyi Kiyevin 9 May Qələbə Günündə Moskvaya zərbə endirmək təhdidləri iddiaları ilə bağlı rəsmi bəyanat yayıb. Rusiya XİN nota göndərilən təşkilat rəhbərlərini və ölkə rəsmilərini bu bəyanata məsuliyyətlə yanaşmağa çağırır.

Rusiya Silahlı Qüvvələrinin Kiyevə qaçılmaz cavab zərbəsi endirəcəyi səbəbindən diplomatik və digər nümayəndəliklərin işçilərinin, habelə vətəndaşların Kiyev şəhərindən vaxtında təxliyəsinin təmin edilməsi tələb olunur. Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri beynəlxalq təşkilatları və akkreditasiya olunduqları ölkələri bu məsələ ilə bağlı məlumatlandırırlar.

Zaxarova qeyd edib ki, mayın 4-də İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin Sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada Qələbə Gününü pozmaq üçün terror hədəsi ilə çıxış edib. Eyni zamanda, tədbirə bəzi Avropa İttifaqı ölkələrinin nümayəndələri də qatılıb və rəsmi Moskvanın fikrincə, onlar Ukrayna liderinin bu bəyanatlarına heç bir reaksiya verməyiblər.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 255 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 255 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 255 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 255 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 255 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 255 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 255 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 255 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 255 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 255 baxış
Seçilmişlər
icon