Moskva PUA hücumu altında | Rusiya və Ukrayna arasında dəhşətli toqquşmalar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada 10 istiqamətdə 141 hərbi toqquşma baş verib. Rusiyanın 44 hücumunun qarşısı alınıb.
“Ukrainskaya pravda”nın məlumatına görə, Rusiya Ordusu Kurskdan 21 hücum reallaşdırıb.
Son sutkalarda Rusiya Ordusu Ukrayna Silahlı Qüvvələrinin Xarkovdakı müdafiə xəttini 8 dəfə yarmağa çalışıb. Hücumların qarşısı alınıb.
Bu arada, Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində “Energiya” zavoduna hücum olub. “Unian”da yayılan məlumata görə, zavod pilotsuz uçuş aparatları üçün akkumulyator və batareya hazırlayır. Bununla yanaşı, zavodda rabitə, raket kompleksləri və tanklar üçün də avadanlıqlar istehsal olunur.
Dron hücumundan sonra 10 partlayışın baş verdiyi bildirilir. Bu hücumla bağlı TASS-da yayılan məlumata görə, 30 mənzil zədələnib. Sakinlər təxliyədən imtina edib. Lipetskdə 8 nəfər yaralanıb.
Rusiya mayın 22-dən 23-nə keçən gecə ümumilikdə Ukraynaya aid 112 PUA-nı məhv edib. Dronlardan 24-ü Moskva, 11-i Kursk, 8-i Orlov və Bryanskda vurulub. Tula vilayətində 18, Krımda 22, Ryazanda 6, Belqorodda 3, Vladimirdə 2, Voronej və Lipetskdə isə 1 PUA məhv edilib.
#Moskva teqi istifadə olunub
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
- Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI
