Moskva Qərb dövlətlərinə sərt səsləndi | Qüvvələrimiz hazırdır...
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda heç kimin bizi hədələməsinə imkan verməyəcək”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 May Qələbə gününə həsr edilən paradda çıxış edərkən deyib.
O qeyd edib ki, Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır:
“Qərb dövlətləri Rusiyanın İkinci Dünya müharibəsində verdiyi dərsləri unutmaq istəyir. Buna imkan vermərik. Rusiya heç vaxt ikinci cəbhənin və müttəfiq yardımının əhəmiyyətini azaltmayıb.
Biz anti-Hitler koalisiyasının bütün döyüşçülərinin, müqavimət iştirakçılarının, Vətən xainlərini və casusları üzə çıxaranların şücaətinə hörmətlə yanaşırıq. Ümumi mübarizəmizi və ilhamverici müttəfiqlik ənənələrimizi həmişə xatırlayacağıq, heç vaxt unutmayacağıq”.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
