Moskva Trampın “burnundan” yapışır ki... | Putinin Zelenskidən “qaçmasının” pərdəarxası
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə iki səbəbə görə görüşmək istəmir". Bu barədə "Politico" yazıb.
Birinci səbəb Putinin bu görüşlə Zelenskiyə Kreml baxımından siyasi legitimlik qazandırmaq istəməməsi ilə əlaqəlidir. İkinci səbəb Moskvanın ABŞ Prezidenti Donald Trampla qarşılıqlı əlaqə strategiyasıdır.
"Birincisi, Zelenski ilə zirvə görüşü ona siyasi legitimlik verəcək, Kreml isə çoxdan onun buna malik olmadığını iddia edir. İkincisi, Rusiyanın Donald Trampla qarşılıqlı fəaliyyət strategiyasıdır. Moskva görüş üçün öz şərtlərini irəli sürməklə, ABŞ Prezidentinin "burnundan yapışır" və onu sərt addımlar atmağa və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə təhrik etmək risklərindən qaçır və ya minimuma endirir", ‒ mətndə vurğulanıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
