Moskvada 100-dən çox insanı xilas edən yeniyetmə azərbaycanlıdır?
Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert mərkəzinin qarderobunda işləyən 15 yaşlı İslam Xəlilov martın 22-də baş verən terror hücumu zamanı binadan 100-dən çox insanın çıxmasına kömək edib.
Bu barədə “Telegram” kanallarında məlumat paylaşılıb.
Bildirilib ki, bütün administratorlara fövqəladə vəziyyət zamanı binadan çıxış təlimi keçirilib və 15 yaşlı oğlan da dəqiq şəkildə həmin təlimə uyğun olaraq insanlara yardım edib.
Hadisə zamanı, eləcə də yanğın başlayan anda o, insanların yanlış istiqamətdə qaçdığını görüb. Bundan sonra özü təxliyə prosesini idarə etməyə başlayıb və insanları doğru istiqamətə yönəldib. İslam Xəlilov təlaş içində qaçan insanları dar keçiddən keçirib, daha sonra onları xidməti çıxışdan küçəyə çıxarıb.
Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri 15 yaşlı İslamın milliyətcə azərbaycanlı olduğunu yazsa da, bununla bağlı dəqiq məlumat yoxdur.
#Rusiya teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
