Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur".
Bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında İrana həsr edilmiş toplantıdakı çıxışında deyib.
"Bu masada gözəl dostlarım var. Fövqəladə işlər görülüb, hamınıza çox təşəkkür edirəm. Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur. O, möhkəm insandır. Onunla oyun oynamayın", – deyə Tramp bildirib.
ABŞ rəhbəri qeyd edib ki, Qəzzada sülh planı əla yanaşma olub.
O, İranın nüvə silahına sahib olmaq istədiyini də iddia edib: "Biz buna icazə verməyəcəyik. İranın heç bir hərbi gücü qalmayıb. Ballistik raket və pilotsuz təyyarə qurğuları məhv edilib. Hava hücumundan müdafiə sistemləri məhv edilib. Onların iqtisadiyyatı xarabalığa çevrilib, İran valyutası dəyərsizdir. Biz İranı maliyyə cəhətdən təcrid edirik".
#Donald Tramp teqi istifadə olunub
- ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt xəbərdarlıqla çıxış edib - Baku TV CANLI
- Kremlin sərt tələbləri fonunda Tramp niyə güzəştdən danışır? - Baku TV CANLI
- Trampdan “Müsəlman qardaşları” ilə bağlı yeni açıqlama
- Tramp jurnalistlərin suallarını cavablandırarkən kimlərə mesaj verdi? - Baku TV
- Ukrayna, İran, nüvə silahları: 3 lider hansı məsələdə razılığa gələ bilər? - Baku TV CANLI
