Moskvadakı terrordan sonra Ukraynada vəzifə dəyişiklikləri şübhə yaratdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada baş verən terror aktının ardınca Kiyevə yenidən kütləvi hücumlar fonunda anidən Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilovun vəzifəsindən azad edilməsi, onun yerinə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəisi Aleksandr Litvinenkonun təyin edilməsi müzakirələrə səbəb olub.
Ukrayna cəmiyyəti və beynəlxalq ictimaiyyət bunu Kiyevin təhlükəsizliyi daha da gücləndirməyə üstünlük verməsi ilə izah edir.
Politoloq Maksim Yali bildirib ki, Aleksandr Litvinenkonun katib vəzifəsinə təyin olunduğu Milli Təhlükəsizlik və Müdafiə Şurasında baş verən dəyişikliklər bu dövlət qurumunun səmərəliliyinin artırılmasına və müsbət dəyişikliklərə gətirib çıxaracaq:
“Çünki A.Litvinenko əvvəlki vəzifələrində, xüsusən də Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri kimi özünü yaxşı göstərib. O, informasiya sahəsində mütəxəssisdir. Bununla bağlı tələbələrin istifadə etdiyi kitablar da yazıb. Buna görə də onun Rusiya dezinformasiyasına və saxta xəbərlərinə qarşı mübarizəsi daha da yaxşılaşmalı, yüksəlməli, keyfiyyətcə yeni səviyyəyə keçməlidir. Prinsipcə, bu da gözlənilir və Ukrayna Prezidenti tərəfindən onun qarşısında məhz belə məqsəd qoyulub”.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
