Moskvadan Kiyevə sərt hədə | Peskov hadisələrə münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın enerji obyektlərinə hücum etməmək vədini pozduğuna dair ittihamları rədd edir. Buna görə Moskvanın özünü günahlandırır.
Rəsmi Kiyev Sudja qaz nəqli stansiyasının Rusiya tərəfindən qəsdən vurulduğunu iddia edib. Moskva isə Kiyevi enerji atəşkəsindən çıxmaqla hədələyir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib.
O, Rusiyanın bu hüququ özündə saxladığını vurğulayıb. Sözçü Ukrayna Ordusunun ölkə rəhbərliyinin əmrlərinə əhəmiyyət vermədiyini iddia edib.
Əlavə olaraq o, Ukraynanın Kursk vilayətindəki stansiyaya raketlər atdığını, daha əvvəlki hücumda stansiyanın zədələndiyini, eləcə də Saratov vilayətindəki neft emalı zavoduna 19 pilotsuz təyyarə atdığını vurğulayıb.
Ukrayna tərəfi isə Rusiyanın dəfələrlə ölkənin enerji infrastrukturuna zərbə endirməməyə dair öhdəliyini pozduğu fikrini irəli sürüb. Görünən odur ki, tərəflər baş tutan hücuma görə bir-birini günahlandırmağa davam edirlər.
Qeyd edək ki, bütün bunların fonunda tərəflər arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub. Moskva 909 ukraynalı, Kiyev isə 43 rusiyalı hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Sözügedən meyitlərin Rusiyanın Kursk vilayətində gedən əməliyyatlar zamanı həyatını itirən hərbçilərə aid olduğu bildirilib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
