Pleyeri seçin:

Moskvanın əsas məqsədi budur | Almaniya FKX rəhbərindən sensasiyalı açıqlama

28 noyabr 2024 431 baxış

“Rusiya Qərb ölkələri ilə real hərbi qarşıdurmaya hazırlaşmaqda davam edir, lakin buna qədər NATO üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər”.

Bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib.

O bildirib ki, Rusiyanın tammiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün nəzərdə tutulmuş yerli əməliyyatlar keçiriləcək:

“Moskva NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. Yüksək rütbəli Rusiya rəsmiləri NATO ölkələrindən biri üçün alyansın digər üzvlərinin müvafiq reaksiya göstərməsinə mane olacaq fövqəladə vəziyyətin necə yaradılacağını düşünür”.

Nümunə olaraq, B.Kal ərazilərin təmizlənməsi məqsədilə Norveçin Şpitsbergen arxipelaqına mümkün qısamüddətli hücumu göstərib:

“Rusiyanın yerli müdaxiləsinin başqa bir ehtimalı yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrlə münaqişədir. Belə münaqişələrdə NATO Nizamnaməsinin 5-ci maddəsi tətbiq olunmasa, NATO müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq, Rusiyanın qarşıya qoyduğu məqsəd budur. Yardım vədi səmərəsiz olsa, Rusiya aqressiv güc siyasəti ilə Avropada təsirini genişləndirə bilər”.

Almaniya kəşfiyyatının rəhbəri vurğulayıb ki, bu onilliyin sonuna qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resursa malik olacaq:

“Eyni zamanda Kreml Almaniyadakı sağ və sol cinahların siyasi qüvvələrinə təsir edir, onlar Moskvadan gələnləri sadəlövhcəsinə təkrarlayırlar. Bu, təkcə Almaniyada sağ və solçu populistlərin 2024-cü ildə uğur qazandığı müxtəlif səviyyələrdə seçkilərə təsir etmir, həm də Almaniyanın siyasi mənzərəsindəki parçalanmanı dərinləşdirir”.

Banner
Təhlükəsizlik, yoxsa rəqəmsal məhdudiyyət?

Təhlükəsizlik, yoxsa rəqəmsal məhdudiyyət?

Dünya
16 noyabr 2026 431 baxış
Lavrovdan danışıqlarla bağlı açıqlama

Lavrovdan danışıqlarla bağlı açıqlama

Dünya
16 noyabr 2026 431 baxış
Beyin qanaması və infarkt riski | İmran Xanın həyatı ciddi təhlükə altındadır - Baku TV CANLI

Beyin qanaması və infarkt riski | İmran Xanın həyatı ciddi təhlükə altındadır - Baku TV CANLI

Dünya
16 noyabr 2026 431 baxış
Ukraynada nüvə təhlükəsi

Ukraynada nüvə təhlükəsi

Dünya
16 noyabr 2026 431 baxış
Aİ yalnız öz istehsalını maliyyələşdirir | Ukrayna üçün yeni silah şərtləri - Baku TV CANLI

Aİ yalnız öz istehsalını maliyyələşdirir | Ukrayna üçün yeni silah şərtləri - Baku TV CANLI

Dünya
16 noyabr 2026 431 baxış
Şençjendə dünya siyasətinin gələcəyi müzakirə olunacaq

Şençjendə dünya siyasətinin gələcəyi müzakirə olunacaq

Dünya
16 noyabr 2026 431 baxış
ABŞ, Rusiya və Çin arasında razılaşma: Təsir dairələri yenidən bölünəcək? - AKTUAL GÜNDƏM

ABŞ, Rusiya və Çin arasında razılaşma: Təsir dairələri yenidən bölünəcək? - AKTUAL GÜNDƏM

Dünya
16 noyabr 2026 431 baxış
Tehran danışıqların bitdiyini bildirsə də, diplomatiya imkanını istisna etmir

Tehran danışıqların bitdiyini bildirsə də, diplomatiya imkanını istisna etmir

Dünya
16 noyabr 2026 431 baxış
Pekin və Moskva hansı məsələlərdə Trampa qarşı çıxa bilər? - Baku TV

Pekin və Moskva hansı məsələlərdə Trampa qarşı çıxa bilər? - Baku TV

Dünya
16 noyabr 2026 431 baxış
Süni intellektə yatırımlar səhm bazarında suallar doğurur

Süni intellektə yatırımlar səhm bazarında suallar doğurur

Dünya
16 noyabr 2026 431 baxış
Seçilmişlər
icon