Müəmmalı yazı | Bu tarixi sirr açılsa, nələr baş verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Tamilnad ştatının Baş naziri Hind vadisinin qədim daşüstü yazısını deşifr edənə bir milyon dollar mükafat vermək təşəbbüsü ilə çıxış edib.
Təklif beynəlxalq elmi ictimaiyyəti – arxeoloqları, tamil dili mütəxəssislərini və texniki ekspertləri bu tarixi sirri açmağa kömək etmək məqsədi daşıyır.
Qeyd edək ki, bu yazını 1902-1928-ci illərdə Hindistan arxeoloji tədqiqatına rəhbərlik etmiş ingilis alimi Con Marşal kəşf edib.
Qazıntılar zamanı Hind vadisi sivilizasiyasının əsas mərkəzləri olan Harappa və Mohenco-Daro qədim şəhərləri aşkarlanıb. Bu yazının uğurla deşifr edilməsi qədim sivilizasiyanın tarixinin, onun iqtisadi əlaqələrinin və əhalinin cənub istiqamətində mümkün miqrasiya proseslərinin dərk edilməsində irəliləyiş ola bilər.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
