Pleyeri seçin:

Müharibə ssenarisindən xəbərdarıq! - İsrail Livana güclü hücuma hazırlaşır?

30 iyul 2024 142 baxış

İsrail Müdafiə Ordusu Livana cavab hücumu həyata keçirməyi planlaşdırır.

Buna səbəb isə futbol meydançasına atılan və 12-si azyaşlı olmaqla 24 mülki şəxsin ölümü ilə nəticələnən hücuma görə Təl-Əvivin “Hizbullah” hərbi qruplaşmasını günahlandırmasıdır.

Qeyd edək ki, paralel olaraq Livanın cənubuna endirilən zərbələr nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Hücumların qurbanı olan daha bir nəfər isə Suriya vətəndaşıdır.

Qruplaşma rəsmiləri bu ittihamı rədd etsələr də, İsrail tərəfi insidentə onları cavabdeh hesab edərək, buna görə ağır bədəl ödəməli olduqlarını bildirib.

Ölkənin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışığı zamanı İsrail Ordusunun ölkənin sərhədlərində təhlükəsizliyi bərpa etmək hüququ və qarşı tərəfə veriləcək cavablarla bağlı müzakirə aparıb.

Xarici medianın yaydığı məlumata görə, ekspertlər sözügedən zərbənin qəsdən endirilmədiyini və qruplaşmanın həmin bölgəni hədəf almadığını açıqlayıblar.

Nəticə etibarilə isə İsrailin bu hadisədən sonra Livana böyük zərbə endirmək ehtimalı qaçılmaz olaraq qalır. Baxmayaraq ki, Təl-Əvivin yüksəksəviyyəli ordu generalları Qəzza ilə müharibə və “Hizbullah”la yaranan qarşıdurma ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə eyni fikirdə deyillər. Onlar yeni müharibə istəmədiklərini söyləyiblər.

Rəsmi Vaşinqtonun münasibəti isə təəccüb doğurub. Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi "Bizim fikrimizcə, regionda eskalasiyaya səbəb olacaq heç bir şey yoxdur” sözlərini bəyan edib:

"Biz Məcdəl Şəmsdə futbol oynayan azyaşlıların ölümünə səbəb olan hücumu pisləyirik. Hücum “Hizbullah” tərəfindən həyata keçirilib. Lakin hələ də diplomatik həll üçün vaxt və məkan olduğuna inanırıq.

Onu da deyim ki, biz müharibə ssenarisindən də xəbərdarıq. Açığı, münaqişə barəsində proqnozların şişirdildiyini düşünürük. Həmçinin bu hücumun dəhşətli olmasına baxmayaraq, regionda hər hansı eskalasiya və ya daha böyük müharibə riski görmürük. İsrailin özünü müdafiə etmək hüququ var. Biz dəfələrlə bunu vurğulamışıq".

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 142 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 142 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 142 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 142 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 142 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 142 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 142 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 142 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 142 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 142 baxış
Seçilmişlər
icon