Müharibə süfrələrə çatır | Gübrə böhranı və bahalaşan ərzaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Hörmüz boğazındakı tıxanma davam edərsə, taxıl, qarğıdalı və düyü kimi əsas qida məhsullarının qiymətləri rekord həddə çata bilər.
Bunun əsas səbəbi boğazın qlobal gübrə ticarətində oynadığı əvəzedilməz roldur.
Dünyada dəniz yolu ilə daşınan karbamid gübrəsinin əsas tərkib hissəsinin (urea) təxminən üçdə biri Hörmüz boğazından keçir.
Dünyanın ikinci ən böyük gübrə istehsalçısı olan "Yara"nın rəhbəri Svein Tore Holsether bildirib ki, boğazın bağlı qalması məhsuldarlığın bəzi bitkilərdə 50%-ə qədər düşməsinə səbəb ola bilər.
Hazırda şimal yarımkürəsində yaz əkini mövsümü yaxınlaşdığı üçün fermerlərin gübrəyə ən çox ehtiyac duyduğu dövrdür. Tədarükün kəsilməsi birbaşa məhsul itkisi deməkdir.
Misirdə qranullaşdırılmış ureanın tonu bir neçə gün ərzində 60 dollar bahalaşıb. Nyu-Orlean birjasında isə qiymətlərdə 11-17% arası artım müşahidə olunur. Qətər qlobal urea ixracının 11%-ni təmin edir, İran isə bu bazarın 10-12%-nə nəzarət edir. Hər iki ölkədən çıxışın bağlanması bazarda böyük boşluq yaradıb.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
