Pleyeri seçin:

Müharibə vaxtı erməniləri aldadan "Gopçu Artsrun"a niyə yüksək vəzifə verildi? - HƏRBİ XRONİKA

02 iyul 2026 326 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Ermənistan Silahlı Qüvvələrində reallaşan son kadr dəyişiklikləri və xüsusilə Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinə edilən rəis təyinatı təhlil olunub.

Bildirilib ki, rotasiyalar fonunda ən diqqətçəkən məqam 44 günlük müharibədən sonra həm Ermənistanda, həm də Azərbaycanda “Gopçu Artsrun” kimi tanınan polkovnik Artsrun Ovannisyanın ölkənin əsas hərbi tədqiqat müəssisəsinə rəis təyin edilməsi olub.

Qeyd olunub ki, 2016-cı ildə yaradılan Milli Müdafiə Tədqiqat Universiteti hərbi-siyasi rəhbərlik üçün strateji təhsil proqramları təşkil edən, regional təhlükəsizlik və hərbi strategiya sahəsində elmi araşdırmalar aparan ali hərbi təhsil müəssisəsidir. Dövlət hesabına maliyyələşən bu “beyin mərkəzi” NATO-nun xüsusi proqramı çərçivəsində dəstək alıb, Harvard və “Chatham House” kimi qurumlarla əlaqələr qurub və Azərbaycan üçün də izlənilən mühüm analitik platformalardan biri hesab olunur.

Vurğulanıb ki, yeni rəis Artsrun Ovannisyan ixtisasca artilleriya zabiti olsa da, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin brifinqlərini aparan əsas sima olub. Azərbaycan Ordusunun uğurlu irəliləyişi qarşısında erməni qoşunlarının qaçışını “taktiki geriçəkilmə” kimi qələmə verən, Hadrutun azad olunması ilə bağlı yalanlar yayan Ovannisyanın bu ifadələri Azərbaycanda istehza obyektinə və Ermənistanın rəsmi dezinformasiya siyasətinin simvoluna çevrilib.

Diqqətə çatdırılıb ki, müharibədən sonra bu yalanları cəmiyyətin mənəvi durumunu qorumaq və informasiya müharibəsi aparmaq məqsədilə etdiyini etiraf edərək istefa verən belə bir nüfuzsuz şəxsin ölkənin əsas hərbi-elmi müəssisəsinə rəhbər gətirilməsi böyük maraq doğurub. Digər tərəfdən uzun onilliklər boyu saxta qəhrəmanlıq mifləri üzərində qurulan Ermənistan Ordusunun əsas təhsil ocağına məhz “Gopçu Artsrun”un rəis təyin edilməsi həm də xeyli simvolik xarakter daşıyır.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 326 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 326 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 326 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 326 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 326 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 326 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 326 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 326 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 326 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 326 baxış
Seçilmişlər
icon