Pleyeri seçin:
Müharibədə dəhşət dolu gecə | Rusiyaya şiddətli PUA hücumu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 20-dən 21-nə keçən gecə saat 4:00-dan 8:00-a qədər Rusiya Hava Hücumundan Müdafiə qüvvələri Ukraynaya məxsus 32 PUA məhv edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, dronlardan 16-sı Orlov, 10-u Bryansk, 6-sı isə Kursk vilayətində zərərsizləşdirilib.
Nazirlikdən əlavə edilib ki, Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1290-dan çox hərbçisini itirib. Bununla yanaşı, 9 sursat anbarı və bir elektron döyüş stansiyası məhv edilib.
Ukrayna Milli Qvardiyasından isə bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin mayın 20-si axşam saatlarında Sumı vilayətindəki hərbi poliqona endirdiyi raket zərbələri nəticəsində 6 hərbçi ölüb, 10-a yaxın əsgər yaralanıb.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
