Müharibədə hər şey dəyişə bilər | Ukrayna üçün ən çətin dövr başladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhəboyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır”. Bu barədə “Bloomberg”də dərc olunan məqalədə bildirilib.
“1200 kilometrlik cəbhəboyu ciddi sursat və canlı qüvvə çatışmazlığı və hava hücumundan müdafiə sistemindəki boşluqlar göstərir ki, Ukrayna iki ildən artıq davam edən qarşıdurmada ən həssas vəziyyətdədir”, – yazıda vurğulanıb.
Qeyd edilir ki, əsas risk Ukrayna müdafiəsinin dağılmasıdır və bu, Kremlə müharibənin ilkin mərhələlərindən bəri ilk dəfə böyük hücuma keçmək imkanı verəcək:
“Növbəti bir neçə ay Ukraynanın ən çətin sınağı olacaq, çünki əhali getdikcə müharibədən yorulur, xüsusən Xarkovda. Hücumların gözlənilən nəticəni verməməsi şəhər sakinlərində qorxu yaradır, baxmayaraq ki, əksəriyyət Kremlin metropolu ala biləcəyinə inanmır”.
Bildirilib ki, Rusiya qoşunlarına artan sursat ehtiyatı kömək edir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV
- Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Əbu-Dabidə keçiriləcək danışıqlarda təhlükəsizlik zəmanətləri əsas mövzu olacaq
- Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir
