Müharibədə rol oynayan əsas amil: İsrail hansı silahlara sahibdir?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail-HƏMAS müharibəsi hər gün daha şiddətli hal aldıqca suallar da bərabərində gəlir.
Qəzza uğrunda döyüşlər aparan bu iki tərəfin əllərində hansı silahlar var?
Yaxın Şərqin ən güclü ordularından birinə sahib olan İsrailin elə silahları da bir o qədər məşhurdur. Yerli istehsal olan “Dəmir Qübbə” mülki, hərbi və sənaye infrastrukturlarını düşmənin raket zərbələrindən qorumaq üçün ən dəyərli hava hücumundan müdafiə sistemi hesab olunur.
Uzun müddətdir ABŞ-nin də dəstəklədiyi, illik 3.3 milyard dollar, üstəlik, 500 milyon dollar da əlavə yardım əldə edən İsrail F-35 döyüş təyyarəsinə, “Patriot” zenit-raket komplekslərinə, pilotsuz təyyarələri vurmaq üçün Stinger qurğularına, “Iron Sting” adlanan yüksək dəqiqlikli minaatanlara və ABŞ istehsalı olan daha bir neçə silaha da sahibdir.
Bundan başqa, İsrailin zirehli döyüş maşınları və tankları, pilotsuz uçuş aparatları və digər texnologiyaları var. Qeyd etmək lazımdır ki, İsrail Ordusunun istifadəsində olan silahların əksəriyyəti yerli istehsaldır.
Müharibə başlayandan bəri İsrailə 6 mindən çox raket atan HƏMAS-ın arsenalında 30 mindən çox raketin olduğu təxmin edilir. Döyüş meydanında ələ keçirilən silahlar arasında F-7 reaktiv qumbaraatanları, müxtəlif artilleriya mərmiləri və qumbaralar da mövcuddur.
Qısacası, həftələrdir davam edən müharibədə həm İsrail, həm də HƏMAS kifayət qədər güclü silahlara sahibdir.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
