Pleyeri seçin:

Müharibənin aqibətini dəyişəcək hadisə | Rusiya Ordusu indi "Knyaz Poçarski" ilə meydan oxuyur

25 iyul 2025 362 baxış

"Knyaz Poçarski" strateji sualtı qayığı Rusiya Ordusunun sərəncamına verilib.

Rusiya Prezidenti Vladimir Putin təkmilləşdirilmiş 955A "Borey-A" layihəsinə aid olan "Knyaz Poçarski" strateji sualtı qayığı üzərində bayraqqaldırma mərasimində iştirak edib.

Məlumata görə, "Knyaz Poçarski" təkmilləşdirilmiş 955A layihəsinin beşinci, ümumilikdə isə "Borey" ailəsinin səkkizinci atom raketi daşıyan strateji sualtı qayığı olub.

Gəminin təməli 23 dekabr 2016-cı ildə Severodvinskdəki "Sevmaş" ASC-də qoyulub. 2024-cü il fevralın 3-də isə suya buraxılıb.

Əvvəlcə gəminin 2024-cü ilin sonunda Şimal Donanmasının tərkibinə verilməsi planlaşdırılırdı, lakin həmin ilin dekabr ayının əvvəlində təhvil tarixinin 2025-ci ilə keçirildiyi barədə məlumat yayılıb.

955/955A layihəli sualtı qayıqlar bu günə qədər yaradılmış sonuncu – dördüncü nəsil sualtı qayıqlara aiddir. Bu nəsil atom sualtı qayıqları üçüncü nəsillə müqayisədə daha səssiz işləyir ki, bu da onları daha ölümcül edir.

955/955A layihəli qayıqların əsas silahı iki sıra şəklində şaquli şaxtalarda yerləşdirilmiş 16 ədəd R-30 "Bulava" ballistik raketidir.

"Bulava" özü Rusiyanın bərk yanacaqlı ballistik raketidir. Ruslar iddia edirlər ki, bu yeni raket kompleksinin 955 layihəli qayıqlara yerləşdirilməsi Rusiyanın nüvə triadasındakı dəyişmiş qüvvələr balansını bərpa edəcək. Lakin bəzi ekspertlərin fikrincə, dəniz bazalı maye yanacaqlı raketlərin "Bulava" ilə əvəz edilməsi buraxılış çəkisinin azalması səbəbi ilə nüvə çəkindiricilik potensialını azalda bilər.

Qeyd etmək lazımdır ki, "Bulava" raketinin çoxsaylı sınaq buraxılışları uğursuz olmuşdu, baxmayaraq ki, sonradan ruslar bu raketin etibarlılığını müəyyən qədər artırmağa nail olublar.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 362 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 362 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 362 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 362 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 362 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 362 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 362 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 362 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 362 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 362 baxış
Seçilmişlər
icon