Müharibənin uzanması Moskvada narazılıq yaradır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyaya qarşı təzyiqin davam etdirilməsi vacibdir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski yayımladığı videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna Ordusunun dəqiq əməliyyatları hər gün öz nəticəsini göstərir:
“Rusiyaya qarşı müxtəlif təzyiq vasitələri Moskvanı müharibənin davam etdirilməsinin nəticələri barədə düşünməyə vadar edir. Rusiyada getdikcə daha çox insan müharibənin sonunun görünməməsindən narazılıq edir və bu vəziyyət rus cəmiyyətini müharibənin dayandırılmasının vacibliyini anlamağa yaxınlaşdırır”.
Ukrayna Prezidenti həmçinin Baş nazir Yuliya Sviridenko ilə Qdanskda keçiriləcək Ukraynanın bərpası konfransının gündəliyini müzakirə etdiyini açıqlayıb.
O eyni zamanda Polşa ilə münasibətlərdə konstruktiv yanaşmanın vacibliyini vurğulayaraq Ukraynaya dəstək verən bütün tərəfdaş ölkələrə təşəkkür edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
