Pleyeri seçin:

Müxalif Prezident vəzifəsindən əl çəkmir | Gürcüstanda tarix təkrarlanacaq?

04 dekabr 2024 178 baxış

Gürcüstan Prezidenti Salome Zurabişvili səlahiyyət müddəti dekabrda başa çatsa da, vəzifəsindən getməyəcəyini bildirib.

Ölkə müxalifətinə faktiki liderliyi əlinə alan Zurabişvili iqtidardakı “Gürcü Arzusu” hökumətinə qarşı aksiyalara rəhbərlik edir. “Gürcü Arzusu” Partiyasının prezidentliyə öz namizədi var.

İqtidar partiyasının parlamentdəki üstünlüyü ona namizədini prezident seçdirməyə kömək edəcək. Hazırkı prezidentin bu davranışları isə elə öz dövlətinə qarşı təxribatdır.

Salome Zurabişvili yaxşı bilir ki, o, iqamətgahını tərk etməsə, hökumət onu oradan zorla çıxarmaq məcburiyyətində qalacaq. Xanım prezidentin belə etməkdə iki məqsədi var. Birincisi, Qərbdən gürcü hökumətinə qarşı yeni hücumlar üçün zəmin hazırlamaq. Belə olduğu zaman Zurabişviliyə qarşı təzyiqi bəhanə edən ABŞ və Avropa İttifaqı Gürcüstanı sanksiya yağışına tutacaq. İkinci bir məsələ isə daxildəki etirazı daha da gərginləşdirməkdir.

Hazırda aksiyada irəli sürülən tələblər Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlıdır. Müxalifət və Prezident Zurabişvili, həmçinin onların dəstəkçiləri nə qədər çalışsalar da, aksiyaların hökumət əlehinə qiyama çevrilməsinə nail ola bilmədilər. Kütlənin diqqətini başqa istiqamətə yönəltmək, Zurabişvilini müxalifətin liderinə çevirmək üçün bu cür təxribatlara ehtiyac duyulur.

Prosesin sonu hər halda bəllidir. “Gürcü Arzusu” səlahiyyətini başa vurmuş xanım prezidentə qarşı hüquqi addım atmağa məcbur olacaq. Görünən odur ki, xanım prezident eynilə ölkənin ilk prezidentinin taleyini yaşamaq istəyir. 1991-ci ilin aprelində keçirilən seçkilərdə gürcü xalqı səs çoxluğu ilə Zviad Qamsaxurdianı ölkə prezidenti seçmişdi. Ancaq onun yanlış siyasəti tərəfdarları ilə arasında uçurum yaratdı və keçmiş tərəfdarları ayağa qalxaraq onu hakimiyyətdən devirdilər. Tbilisidə silahlı toqquşmalar başladı və Qamsaxurdia ölkədən qaçdı.

Salome Zurabişvilini hakimiyyətə “Gürcü Arzusu” Partiyası gətirmişdi. O, məhz bu partiyanın namizədi olaraq keçmiş prezident Mixeil Saakaşvilinin dəstəklədiyi keçmiş xarici işlər naziri Qriqor Vaşadzeni məğlub etmişdi. Sonra Zurabişvilinin özünü ölkənin hakimi-mütləqi kimi aparmaq cəhdləri hökumətlə onun münasibətini kəskinləşdirib.

Belə görünür ki, indi Zurabişvilini də eynilə Qamsaxurdia kimi keçmiş tərəfdarları vəzifədən göndərəcəklər. Hərgah, onun istədiyi də elə budur. Gürcüstanı 90-cı illərin əvvələrinə qaytarmaq.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 178 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 178 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 178 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 178 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 178 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 178 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 178 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 178 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 178 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 178 baxış
Seçilmişlər
icon