Ən yüksək qiymət Kaliforniyada qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də İranla hərbi münaqişə fonunda benzinin bir qallonunun qiyməti yenidən 4 dollara yüksəlib.
Bu barədə ABŞ-nin Milli Avtomobil Assosasiyası məlumat yayıb.
Məlumata görə, iyulun 20-nə olan vəziyyətə əsasən, Standart markalı adi benzinin bir qallonunun orta qiyməti 4 dollar təşkil edir. Dizel yanacağının bir qallonunun qiyməti isə 5 dollar həddini keçərək 5,1 dollara çatıb.
Müqayisə üçün qeyd edək ki, iyulun əvvəlində benzinin bir qallonu 3,84 dollara, dizel yanacağının bir qallonu isə 4,81 dollara satılırdı.
Ən yüksək satış qiyməti Kaliforniya ştatında qeydə alınıb. Burada bir qallon benzinin qiyməti 5,49 dollara çatıb.
ABŞ-nin bütün qərb sahili boyunca, həmçinin Alyaska, İllinoys, Nyu-York və Pensilvaniya ştatlarında da benzinin qiyməti ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.
#Qiymət artımı teqi istifadə olunub
- Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI
- “Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV
- Ekspertlər bahalaşma ilə bağlı səbəbləri açıqladı
- Kərə və bitki yağlarında bahalaşmanın səbəbi | Qiymətlər niyə bu qədər artdı? - Baku TV
- Azərbaycanda kərə və duru yağlar daha da bahalaşır? - Baku TV CANLI
