Pleyeri seçin:
Narkotacirlərin "Milad sevinci" əllərindən alındı | Qeyri-adi əməliyyatdan görüntülər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Evdə tək” və “Grinç Miladı necə oğurladı?” Yeni il filmləri hər il maraqla izlənir.
Peru polisi isə dekabr ayının 22-də evdə tək olub narkotik vasitələrin alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşma üzvlərinin “Milad sevincini“ əlindən aldı.
Kadrlardan da göründüyü kimi, polis mayoru şəxsən “Grinç” personajının obrazına girərək sözün əsl mənasında qapı-qapı düşüb narkotiklə mübarizə əməliyyatlarında iştirak edib.
Yəqin ki, bu il Peru tarixində ən ayıq illərdən biri olacaq. Çünki əməliyyat zamanı nə az, nə çox düz 4 kiloqrama yaxın heroin və psixotrop dərman preparatları müsadirə edilib.
Kopyalandı
