Pleyeri seçin:

Narkotikə anası ilə birgə başlayan Tupakın ölümü kimin qisası idi? - RETRO BAKU

27 mart 2024 368 baxış

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub.

Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu ad ona vəftiz zamanı verilib. Amma valideynləri sonradan fikirlərini dəyişiblər və uşağa XVIII əsrdə yaşayan Peru inqilabçısı II Tupak Amarunun adını vermək qərarına gəliblər. Şakur soyadını isə Tupak doğma atası oğlunun doğulmasını gözləmədən ailəni tərk etdiyinə görə ögey atasından alıb.

Tupakın 17 yaşı olanda ailəsi Baltimordan Kaliforniyanın Marin-Siti şəhərinə köçmək məcburiyyətində qalıb. Şakurun anası tezliklə narkotikə aludə olub və Tupak da narkotikə qurşanıb. Qəribədir ki, ailə cinayət və zorakılıqdan qaçmaq üçün Nyu-Yorkdan köçür, lakin burada daha çox təhlükə və bədbəxtlik ilə üzləşir.

Tupak Şakur kriminal həyat tərzi yaşayırdı, bunu heç gizlətmirdi.

1993-cü ildə Tupak Şakur iki polis əməkdaşını güllələyir və qanun onun tərəfini tutur. Məsələ burasındadır ki, polislər sərxoş olublar və Şakur onları maşınına mindirmək istəməyəndə ona hücum ediblər. Üstəlik, polislərin özlərində oğurluq silah olub. Onlar məhkəmədə çaşqın və yalan ifadələr veriblər. Dava polisin qaçması ilə başa çatıb, lakin Şakur hər ikisini güllələyib. Bu, özünümüdafiə hesab olunub.

7 sentyabr 1996-cı il tarixində Tupak Las-Veqasda naməlum şəxslər tərəfindən güllələnərək öldürülür. Bu, Şakur və onun meneceri ilə Mayk Tayson və Brüs Seldon arasında keçirilən boks matçında iştirak etdikdən sonra baş verir.

Şakur menecerinin “BMW 750i” avtomobilinin sərnişin oturacağında əyləşir. Yol kəsişmələrinin birində ağ rəngli “Cadillac” avtomobilin yanında dayanır və oradan naməlum şəxslər reperi güllələyirlər. Onun mühafizəçiləri hücum edənləri təqib etsələr də, nəticəsi olmur.

Açıqlanmamış vəsiyyətinə uyğun olaraq reperin qaradərili qardaşları qazlı su, toyuq qanadları, yəni Tupakın sevdiyi yeməklərini alıb, sahildə dostunun külünü marixuanaya qarışdıraraq siqaret kimi çəkirlər və “Bunu dostumuz özü istəyib” deyirlər.

Dostları onun ölümünün sadəcə gözdən uzaqlaşmaq üçün bir yalan olduğunu, bir gün onun geri dönəcəyini də söyləyiblər. 

Banner
Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Dünya
09 oktyabr 2026 368 baxış
Qədim istehkam turistləri cəlb edir

Qədim istehkam turistləri cəlb edir

Dünya
09 oktyabr 2026 368 baxış
32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

Dünya
09 oktyabr 2026 368 baxış
Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb

Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb

Dünya
09 oktyabr 2026 368 baxış
ABŞ dövlət katibi Avropaya hansı mesajı verdi?

ABŞ dövlət katibi Avropaya hansı mesajı verdi?

Dünya
09 oktyabr 2026 368 baxış
Belçikada büdcə ixtisarına qarşı etiraz aksiyaları keçiriləcək

Belçikada büdcə ixtisarına qarşı etiraz aksiyaları keçiriləcək

Dünya
09 oktyabr 2026 368 baxış
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun fəaliyyətini dayandırır - Baku TV CANLI

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun fəaliyyətini dayandırır - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 368 baxış
Böyük Britaniya Avropa ilə münasibətləri gücləndirir

Böyük Britaniya Avropa ilə münasibətləri gücləndirir

Dünya
08 oktyabr 2026 368 baxış
Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq

Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq

Dünya
08 oktyabr 2026 368 baxış
Rusiya-Ukrayna müharibəsində yeni hədəflər

Rusiya-Ukrayna müharibəsində yeni hədəflər

Dünya
08 oktyabr 2026 368 baxış
Seçilmişlər
icon