Pleyeri seçin:

Oğlunun musiqi təhsili aldığını biləndə niyə ondan küsdü? | Yalçın Rzazədənin gizli qalan xatirələri

04 oktyabr 2026

“Retro Baku” verilişinin yeni buraxılışı Xalq artisti Yalçın Rzazadənin həyat və yaradıcılığına həsr olunub.

Sənətkarın oğlu Mətin Rzazadə atasının son günlərində ağır xəstəliklə mübarizə apardığını və üç gün boyunca danışmadığını, gözlərini açmadığını bildirib. O, Xalq artistinin son nəfəsindəki duyğulu anları belə xatırlayıb:

“Üç gün danışmayan, gözünü açmayan insan son nəfəsində üç oğlu ətrafında olanda ortancıl qardaşım dedi ki, ay ata, bax oğlanların yanındadır, ətrafındadır. Həmin an atam gözünü açdı, hərəmizə ayrı-ayrılıqda baxdı və “mən necə də xoşbəxtəm” dedi. Bu onun son sözü oldu”.

Yalçın Rzazadənin vaxtilə öz atasının onun müğənni olmasına qarşı çıxdığını bildirən Mətin Rzazadə eyni taleyi özünün də yaşadığını qeyd edib. Yalçın Rzazadə övladının bu sənəti seçməsini istəmədiyi üçün Mətin Rzazadə musiqi təhsilini atasından gizli almaq məcburiyyətində qalıb.

Mətin Rzazadə Bülbül adına orta ixtisas musiqi məktəbinə anası ilə birgə gedərək daxil olduğunu və atasına bu haqda xəbər vermədiklərini deyib:

“Yalçın müəllim orada baş müəllim idi, amma xəbəri yox idi. Bir ildən sonra mənim həmin məktəbdə oxuduğumu biləndə mənzərə dəyişdi. Məndən küsdü, incidi ki, niyə bunu ondan gizlətmişik. Amma sonradan bu sənətə olan böyük həvəsimi görüb məni öz sinfinə qəbul etdi”.

Güclü yağışdan sonra Məmmədlidə yollar keçilməz oldu: AAYDA nə deyir? - Baku TV

Güclü yağışdan sonra Məmmədlidə yollar keçilməz oldu: AAYDA nə deyir? - Baku TV

Cəmiyyət
05 oktyabr 2026
Bərdə şəhərinə edilən raket hücumundan 6 il ötür - Baku TV

Bərdə şəhərinə edilən raket hücumundan 6 il ötür - Baku TV

Cəmiyyət
05 oktyabr 2026
Maştağada güclü yağış vətəndaşın evinin divarını uçurdu - Baku TV

Maştağada güclü yağış vətəndaşın evinin divarını uçurdu - Baku TV

Cəmiyyət
04 oktyabr 2026
Vətən müharibəsinin ilk böyük qələbəsi: Cəbrayıl istiqamətində nələr baş verdi? - QARABAĞ XRONİKASI

Vətən müharibəsinin ilk böyük qələbəsi: Cəbrayıl istiqamətində nələr baş verdi? - QARABAĞ XRONİKASI

Cəmiyyət
04 oktyabr 2026
Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV CANLI

Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV CANLI

Cəmiyyət
04 oktyabr 2026
Məmmədli kəndinin yol problemi sakinləri boğaza yığıb - Baku TV

Məmmədli kəndinin yol problemi sakinləri boğaza yığıb - Baku TV

Cəmiyyət
04 oktyabr 2026
Oktyabrın 5-nə olan hava proqnozu açıqlanıb - Baku TV

Oktyabrın 5-nə olan hava proqnozu açıqlanıb - Baku TV

Cəmiyyət
04 oktyabr 2026
Məmmədlinin yol problemi sakinləri boğaza yığıb - Baku TV CANLI

Məmmədlinin yol problemi sakinləri boğaza yığıb - Baku TV CANLI

Cəmiyyət
04 oktyabr 2026
Sabiq nazirin müəllim olması niyə geniş müzakirə yaratdı? - XÜLASƏ

Sabiq nazirin müəllim olması niyə geniş müzakirə yaratdı? - XÜLASƏ

Cəmiyyət
04 oktyabr 2026
“Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?

“Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?

Cəmiyyət
04 oktyabr 2026
Seçilmişlər
icon