NASA alimlərindən vacib açıqlama | Fəlakət yaxınlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni kəşf edilən “2024 YR4” asteroidi ilə 2032-ci ildə Yer kürəsinin birbaşa toqquşma ehtimalı iki dəfə artaraq 1 %-dən 2,3 %-ə yüksəlib.
NASA-nın rəsmi açıqlamasında bildirilir ki, təhlükəli asteroidin ölçüsünü daha dəqiq müəyyən etmək üçün “Ceyms Uebb” teleskopu ilə müşahidələr artırılacaq.
Xatırladaq ki, “2024 YR4” asteroidi 2024-cü il 27 dekabrda Çilidəki El Sos Rəsədxanası tərəfindən kəşf edilib. Astronomlar onun diametrinin 40 ilə 90 metr arasında olduğunu təxmin edirlər. Yeni ilə qədər o, artıq NASA tərəfindən xüsusi diqqət tələb edən obyekt kimi müəyyən edilib.
Fevralın 3-də bildirilib ki, bu asteroid futbol meydançası böyüklüyündədir və 2032-ci il dekabrın 22-də Yerlə toqquşacaq. Sonradan NASA-nın alimləri toqquşma ehtimalının az, 1,6 % təşkil etdiyini açıqlayıb. Hazırda isə asteroidin trayektoriyası daha diqqətlə izlənilir. Çünki Yer planeti ilə toqquşma ehtimalı 2,3 %-ə yüksəlib.
#NASA teqi istifadə olunub
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
- NASA-nın yeni teleskopu kosmosa yola düşür
