Pleyeri seçin:
NASA-nın peyki yerə endi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
NASA-nın sıradan çıxmış peyki 38 ildən sonra Yerə enib.
ERBS kimi tanınan peyk 1984-cü ildə “Challenger” kosmik gəmisi ilə kosmosa buraxılmışdı. 2005-ci ilə kimi istifadə olunan peyk 21 il ərzində Yerin Günəşdən enerji udmasına, radiasiya qəbuluna dair, eləcə də stratosferdə ozon, su buxarı və azot dioksidin ölçülməsi kimi qiymətli məlumatlar ötürüb. ERBS-in istismar müddəti bitdikdən sonra o, səmada qalıb. Nəhayət, 18 il sonra, yanvarın 9-da Berinq dənizi üzərindən Yerin səthinə düşüb və bu zaman yanma müşahidə edilməyib.
Xatırladaq ki, peykin ötürdüyü məlumatlar 1987-ci ildə imzalanan və onlarla dövlətin iştirak etdiyi “Monreal” sazişində böyük rol oynayıb.
Kopyalandı
#NASA teqi istifadə olunub
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
- NASA-nın yeni teleskopu kosmosa yola düşür
