NASA üç əsas daşqın dalğasını qeydə aldı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
NASA və "Virginia Tech" alimləri ilk dəfə peyk məlumatlarından istifadə edərək çaylarda hərəkət edən daşqın dalğalarının hündürlüyünü və sürətini ölçüblər.
Bu dalğaların insan həyatı üçün təhlükə yarada biləcəyi öyrənilib. Müşahidələr zamanı alimlər üç əsas daşqın dalğasını qeydə alıblar:
Montana ştatında, Yelloston çayında dalğanın hündürlüyü 2,8 metr, uzunluğu isə 11 kilometr olub. Dalğa buz tıxanmasının qırılması nəticəsində yaranıb.
Texas ştatında, Kolorado çayında dalğa 9 metr hündürlüyündə, 267 metr uzunluğunda olub və 400 kilometr yol qət edib.
Corciya ştatında, Okmulgi çayında 6 metr hündürlüyündə, 165 kilometr uzunluğunda olan dalğa saniyədə 0,33 metr sürətlə hərəkət edib.
Mütəxəssislər bildirirlər ki, bu tədqiqat gələcəkdə daşqın risklərini proqnozlaşdırmağa və kritik infrastrukturun təhlükə altında olub-olmadığını müəyyən etməyə imkan verəcək. Peyklər həmçinin çay hövzələrindəki dalğaların monitorinqində yerüstü sensorlara alternativ ola bilər.
#NASA teqi istifadə olunub
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
- NASA-nın yeni teleskopu kosmosa yola düşür
