Pleyeri seçin:

Nasaz təyyarəni qəsdən uçuşa göndərən ölkə | Dəhşətli aviaqəzaların pərdəarxası

27 dekabr 2024 330 baxış

Rayt qardaşları ilk təyyarəni konstruksiya edəndən sonra dünya artıq əvvəlki dünya olmadı.

Tarixdə ilk dəfə olaraq “Flyer 1” təyyarəsində kimin uçacağına qərar vermək üçün qardaşlar 1903-cü il dekabrın 14-də mərc edirlər. İlk təyyarə uçuşu isə 3 gün sonra 17 dekabr 1903-cü ildə baş tutur. Elə ilk təyyarə qəzası da Rayt qardaşlarının adı ilə bağlıdır.

Bu qəza 1908-ci il 17 sentyabrda baş verir. Təyyarəni Orvill Rayt idarə edirdi. O, ağır yaralanır. ABŞ-nin ordu zabiti isə həyatını itirir. Bu tarixin ilk təyyarə qəzası idi.

1974-cü ildə Fransada baş vermiş ən böyük aviaqəza insan tələfatına görə ən böyük faciələrdən hesab olunur.

Söhbət Türk Hava Yollarının 981 nömrəli reysindən gedir. Qəza Paris hava limanından qalxandan dərhal sonra salonun yük bölməsinin lyukunun açılmasından qaynaqlanır. Təyyarə həddindən artıq yükləndiyi üçün lyuk açılır və 6 nəfər oturduqları qoltuqlarla birlikdə təyyarədən düşür. Pilotlar idarəetməni itirirlər və təyyarə meşəyə düşür. 346 nəfər sərnişin həlak olur.

1983-cü ildə SSRİ ilə ABŞ arasında hələ soyuq müharibə davam edirdi. Həmin illərdə hər iki ölkə öz hava məkanlarını ciddi qoruyurdu. SSRİ-nin şərq hava sərhədlərini ABŞ tərəfdən pozan “Boing” təyyarəsi əvvəl Saxalin, daha sonra isə Kamçatka üzərindən uçur.

Havaya qalxan sovet hərbçiləri qərara alırlar ki, bu “şpion” təyyarədir və hava gəmisini raketlə vururlar. Sonra məlum olur ki, bu Koreyaya məxsus sərnişin təyyarəsidir və göyərtəsində 269 nəfər var. Pilotlar marşrutdan çıxdıqlarına görə belə bir insident baş vermişdi. Bütün sərnişinlər həlak olsalar da, heç kəs cəzalandırılmır.

Havaya qalxması ilə yerə çırpılması arasında 38 saniyə olan təyyarə qəzası isə Tayvanda baş verib. Təyyarə yolun düz ortasına çırpılır və hətta avtomobilə dəyir. Maraqlıdır ki, mühərrik yanmağa başlayan zaman pilot onu söndürmək istəyərkən səhvə yol verir və digər – işlək mühərriki söndürür. Çaya düşən təyyarədə 58 sərnişindən 15-i sağ qalır.

Sadaladığımız təyyarə qəzalarının siyahısını 26 minə çatdırmaq olar. Statistikaya görə, hər 1 milyon 300 min uçuşdan bir təyyarə qəzası baş verir. Yəni bu o qədər də tez-tez baş verə biləcək bir hal deyil. Bəs qəzalar ən çox hansı səbəblərdən baş verir? 

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 330 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 330 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 330 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 330 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 330 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 330 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 330 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 330 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 330 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 330 baxış
Seçilmişlər
icon