Nataşa Rey dilinin bəlasına düşdü | Jurnalist hansı ölkədən sığınacaq istədi?
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin uğursuz əməliyyatdan sonra cinsini dəyişərək qadın olduğunu iddia edən fransalı jurnalist Nataşa Rey Rusiyadan sığınacaq istəyib.
O niyə məhz Rusiyanı seçdiyi barədə “İzvestiya”ya açıqlama verib:
“Niyə mən Rusiyanı seçdim? Çünki bu, mənim əziz tutduğum ənənəvi və xristian dəyərlərini müdafiə edən böyük xalq, heyran olduğum böyük sivilizasiyadır. Rusiya onilliklər ərzində Avropa və Amerika mediasının dezinformasiya kampaniyasının və əsassız hücumlarının qurbanı olub. Amma buna baxmayaraq, öz əqidəsini və dəst-xətini qoruyub saxlamağı bacarıb. Rusiya Fransadan fərqli olaraq söz azadlığına məhdudiyyət qoyumur. Bir çox Avropa ölkələri ilə müqaisədə Rusiya demokratiyanın özəyidir”.
N.Rey siyası sığınacaq istəməzdən bir neçə gün əvvəl izləndiyini deyib. Bu məqsədlə fransalı jurnalist Rusiyadan qeyri-rəsmi olaraq yardım istəyib. Rəsmi şəkildə siyasi sığınacaq ala bilmək üçün onun Rusiyanın Fransadakı səfirliyinə yazılı ərizə ilə yaxın günlərdə müraciət edəcəyi gözlənilir.
#Emmanuel Makron teqi istifadə olunub
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
- Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
