Pleyeri seçin:
NATO buna hazırlıq görür | ABŞ-nin yeni müdafiə planı ortaya çıxdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yüksəksəviyyəli avropalı diplomatlar ABŞ-nin yaxın aylarda Avropadakı hərbi mövcudluğunun azaldılmasını elan edəcəyini gözləyirlər.
Bu barədə "Handelsblatt" qəzeti yazır.
Nəşrin məlumatına görə, NATO da oxşar ssenariyə hazırlaşır. Lakin bunun nə vaxt və hansı miqdarda olacağı hələ bəlli deyil.
Bildirilir ki, ABŞ hökuməti hazırda yeni milli müdafiə strategiyası hazırlayır. Sənədin yayın sonunadək hazır olacağı gözlənilir və onun Avropada qoşunların sayının azaldılması üçün əsas olacağı güman edilir.
Qeyd edək ki, vaxtilə ABŞ-nin keçmiş prezidenti Co Bayden Avropada NATO qüvvələrinin tərkibində xidmət edən ABŞ hərbçilərinin sayının təxminən 80 min nəfər olduğunu bəyan etmişdi.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
