NATO-dan təcili addım | Avropadakı HHM sistemləri Yaxın Şərqə göndərildi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə bağlı NATO öz hava hücumundan müdafiə sistemlərinin bir hissəsini Avropadan həmin regiona köçürmək qərarına gəlib.
Bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksus Qrinkeviç bildirib.
General qeyd edib ki, Aralıq dənizinin şərq hissəsində NATO müttəfiqlərini qorumaq üçün ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının tabeliyində olan HHM vasitələrindən istifadə olunurdu.
Bu sistemlərin Yaxın Şərqə köçürülməsi ilə bağlı suala o, müsbət cavab verib. HHM sistemlərinin köçürülməsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlıdır.
Qrinkeviçin sözlərinə görə, Avropa Komandanlığı bu sistemləri münaqişə zonasına köçürərək, Avropada onların sayını artıq azaldıb. Bununla yanaşı, “Politico” nəşri Avropa İttifaqının Ukrayna Ordusu üçün zəruri olan HHM raketlərinin ehtiyatlarını tükəndirdiyini bildirib.
Ukrayna silah tədarükünün, xüsusən də hava hücumundan müdafiə üçün son dərəcə vacib olan “Patriot” zenit raket kompleksi raketlərinin azalması ilə bağlı narahatlığını ifadə edib.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI
- İsrail qırıcıları işə salındı | Dünyaya səs salacaq hücumlar başlayır? - Baku TV
- Trampın hücum qərarı İranın nüvə obyektlərinin taleyini dəyişə bilər - Baku TV
- Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
- "İran cavab verməyə hazırdır" | Tehran Vaşinqtona hansı mesajı verdi? - Baku TV
