NATO-nun bu qərarı Zaxarovanı özündən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO-nun Finlandiyada Rusiya ilə sərhəd yaxınlığında aprelin 26-dan etibarən keçiriləcək təlimləri təxribat xarakterlidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, təlimlər Şimali Atlantika Alyansının gücünü nümayiş etdirmək və Rusiyaya hərbi təzyiq göstərmək məqsədi daşıyır.
“NATO nümayəndələri öz niyyətlərinə haqq qazandırmaq üçün Rusiyadan gələn xəyali təhlükə ətrafında müzakirələri xüsusi olaraq intensivləşdirirlər. Finlandiya ərazisində təlimlərin keçirilməsi Rusiyaya qarşı hibrid müharibənin tərkib hissəsidir və Helsinki bu avantüranın tamhüquqlu iştirakçısına çevrilməyə çalışır. Alyansın Rusiya ilə sərhədlər yaxınlığında bu cür hərəkətləri yalnız mümkün hərbi insidentlərin riskini artırır”, – deyə M.Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya kollektiv Qərbin təcavüzkar hərəkətlərini izləməyə davam edir.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
