Pleyeri seçin:

NATO ölkələri Rusiyaya qarşı savaşa cəlb olunur? | Lavrov Makronun nüvə hədəsindən danışdı

07 mart 2025 220 baxış

“Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə qarşıdurma və nüvə silahından istifadə ilə bağlı açıqlamaları Rusiyanın ünvanına təhdiddir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN başçısı onu da qeyd edib ki, Makron Putinə zəng edə bilər, heç kim ona mane olmur.

“Makronun Putinə zəng etmək imkanı var, Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamlar cəfəngiyyatdır”, – deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, təcavüzkar tərzdə Napoleonun işini davam etdirən Makron öz həqiqi niyyətini gizlədir.

Xarici işlər naziri əlavə edib ki, Moskva Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsində güzəştə yer görmür.

S.Lavrov deyib ki, Rusiya Ukraynada avropalı sülhməramlıların olmasına NATO-nun mövcudluğu kimi baxacaq:

“Avropalı sülhməramlıların Ukraynaya göndərilməsi NATO ölkələrinin Rusiyaya qarşı müharibəyə rəsmi cəlb olunmasıdır. Bu, NATO ölkələrinin Rusiya Federasiyasına qarşı müharibəyə rəsmi, ört-basdır edilmədən cəlb olunması deməkdir”.

Qeyd edək ki, Emmanuel Makron Rusiya təhlükəsi ilə əlaqədar Avropa ölkələrini Fransanın nüvə çətirinin altına qəbul edilməsi imkanları ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını bildirib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 220 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 220 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 220 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 220 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 220 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 220 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 220 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 220 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 220 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 220 baxış
Seçilmişlər
icon