NATO rəsmisi Rusiyanın müttəfiqlər üzərində təzyiq yaratmaq niyyətində olduğunu deyib
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiyanın Avropadakı fəaliyyətinin məqsədlərindən biri Ukraynaya dəstəyi davam etdirən müttəfiqlərin iradəsini zəiflətməkdir".
Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç deyib.
Qrinkeviç Avropa İttifaqı deputatlarına açıqlamasında bildirib ki, Avropa ölkələri Rusiyaya aid edilən təxribat və digər sabitliyi pozan fəaliyyətlərə qarşı daha açıq mövqe nümayiş etdirməlidir.
Onun sözlərinə görə, belə hücumların arxasında Rusiyanın dayandığına dair əminlik olduqda bunu ictimaiyyətə açıqlamaq həmin fəaliyyətlərin qarşısının alınmasına kömək edə bilər.
Qrinkeviç sentyabrın 11-də fəaliyyətə başlayan "Eastern Sentry" missiyasının artıq müəyyən nəticələr verdiyini də qeyd edib.
Belə ki, missiyanın fəaliyyətə başlamasından sonra Rusiya Baltikyanı ölkələrin və Polşanın hava məkanına dronlarla daxil olmaq məsələsində daha ehtiyatlı davranır.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- NATO-nun şimal cinahında hərbi fəallıq artır
- Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV
- Şərqi Avropa məsələsi | Rusiya NATO-dan hansı addımları tələb edir? - Baku TV CANLI
- Kuşner ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını bildirib
- Raket və dronların Polşa ərazisinə düşməsi NATO-nun müdafiə planlarına təsir edəcək? - Baku TV CANLI
