Pleyeri seçin:

NATO-Rusiya gərginliyi artır | Ukrayna üçün sülh şərtləri isə…

19 dekabr 2024 228 baxış

NATO-nun baş katibi Mark Rutte Kiyev üçün gələcəkdə baş tuta biləcək sülh danışıqlarının şərtlərinin indidən yaradılmasının vacibliyini vurğulayıb.

Rutte bu açıqlamanı Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Baş katib bildirib ki, Ukrayna sülh danışıqlarına qərar verdiyi zaman ən əlverişli mövqedə olmalıdır:

“Bunun üçün hava hücumundan müdafiə sistemləri və tədarük edə biləcəyimiz digər silahların çatdırılması üçün bütün lazımi addımları atmalıyıq”, – deyə Rutte əlavə edib.

Rutte həmçinin Ukrayna iqtisadiyyatının indiki vəziyyətdə və sülh əldə edildikdən sonra dəstəklənməsinin zəruriliyini vurğulayıb.

NATO baş katibi Ukrayna üçün ukraynalı istehsalçılardan silahların alınması təşəbbüsünü dəstəklədiyini və bunun Ukrayna iqtisadiyyatına müsbət təsir edəcəyini bildirib.

Zelenski Brüsselə Avropa İttifaqı liderləri, Avropa Komissiyası və Avropa Şurası rəhbərləri ilə görüşmək üçün səfər edib. Bu görüşlərdə əsas diqqət Ukraynaya dəstək və gələcək sülh danışıqları üçün addımların müzakirəsinə yönəlib.

Rusiya isə Qərbin Ukraynaya silah tədarükünün münaqişənin həllini çətinləşdirdiyini və NATO ölkələrinin birbaşa münaqişəyə cəlb olunduğunu bildirir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Ukraynaya göndərilən hərbi texnika və silah Rusiya üçün legitim hərbi hədəf olacaq.

Lavrov ABŞ və NATO-nun yalnız silah göndərməklə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrin ərazisində Ukrayna hərbi personalını hazırlamaqla münaqişədə birbaşa iştirak etdiyini vurğulayıb.

Kreml də Ukraynaya silah göndərilməsinin sülh danışıqlarına mane olduğunu və münaqişəni daha da gərginləşdirdiyini bəyan edib. Kreml rəsmiləri Qərbin bu addımlarının müzakirələrə mənfi təsir göstərəcəyini bildiriblər.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 228 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 228 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 228 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 228 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 228 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 228 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 228 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 228 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 228 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 228 baxış
Seçilmişlər
icon