Pleyeri seçin:
NATO Rusiyanı nüvə ilə hədələdi? - Ukraynaya qırıcı göndərilməsinin səbəbi...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Moskva Ukrayna Ordusuna Amerikanın “F-16” qırıcılarının tədarükünə NATO-nun nüvə sahəsində Rusiyaya siqnalı kimi baxacaq. Bu təyyarələrin Kiyevə verilməsi döyüş meydanında vəziyyəti dəyişməyəcək”.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Amerika “F-16” təyyarələri uzun müddət Şimali Atlantika Alyansının nüvə missiyaları çərçivəsində əsas çatdırılma vasitəsi olub:
“Bu qırıcıları Kiyevə tədarük etməklə Rusiyaya NATO və ABŞ-nin Ukrayna münaqişəsi çərçivəsində hər şeyə hazır olduğunu başa salmağa çalışırlar. “F-16”lar Qərbin Kiyevə ötürdüyü digər silah növləri kimi Rusiya Ordusu tərəfindən məhv ediləcək”.
Kopyalandı
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
