Pleyeri seçin:

Nepalda turistlər bilərəkdən xəstələndiriliblər?

03 aprel 2026 405 baxış

Nepalda dünyanın ən yüksək zirvəsi olan Everest dağında kütləvi saxtakarlıq faktı üzə çıxarılıb.

Bələdçilərin və mehmanxana əməkdaşlarının helikopterlə təxliyə xərclərini sığorta şirkətlərindən almaq üçün turistləri bilərəkdən xəstələndirdikləri məlum olub.

"Daily Mail" xəbər verir ki, dələduzlar əsasən iki qanunsuz üsuldan istifadə ediblər. Birinci variantda onlar səyahətçiləri yürüşü yarımçıq saxlamaq və sığorta kompensasiyası almaq üçün özlərini xəstə kimi qələmə verməyə razı salıblar.

İkinci və daha təhlükəli üsulda isə alpinistlərin səhhəti qəsdən pisləşdirilib. Turistlərə yüksək dozada dağ xəstəliyi əleyhinə dərmanlar içirilib, onlar həddən artıq su qəbul etməyə məcbur ediliblər. Hətta bəzi hallarda turistlərin qidalarına qabartma tozu qatılaraq onlarda ciddi mədə-bağırsaq problemləri yaradılıb.

Bu prosesin ardınca, əksər hallarda ehtiyac olmadığı halda təxliyə üçün helikopterlər cəlb olunub. Qanunsuz sxemdə pilotlar, tibb işçiləri və xəstəxana rəhbərlikləri də yer alıblar. Sənədlərdə xərclər süni şəkildə artırılıb, faktiki olaraq kafedə oturan şəxslərin stasionar müalicə alması barədə saxta hesabatlar hazırlanıb.

2022-2025-ci illər ərzində 300-dən çox belə şübhəli fakt qeydə alınıb. Sığorta saxtakarlığı nəticəsində vurulan ümumi maddi zərərin 15 milyon funt sterlinqdən çox olduğu bildirilir.

Kopyalandı
Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 405 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 405 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 405 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 405 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 405 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 405 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 405 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 405 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 405 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 405 baxış
Seçilmişlər
icon