“Netanyahu İslam Respublikasını məhv etmək istəyir” | Əraqçi
Yeniliklərdən dərhal xəbərdar olun
“İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran yeni müharibə riskinin qalmasına baxmayaraq, dialoq imkanından istifadə etməlidir.
“Danışıqların uğur qazanmaq ehtimalı cəmi 10 faiz olsa belə, bu fürsətdən yararlanmalıyıq”, – deyə nazir vurğulayıb.
Əraqçi əlavə edib ki, atəşkəsin qorunub saxlanılması və ya hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərarı Ali Rəhbər Müctəba Xamenei Ali Milli Təhlükəsizlik Şurası ilə məsləhətləşmələrdən sonra qəbul edir.
Bundan başqa Əraqçi qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasını məhv etmək istəyir. “Netanyahu bildirib ki, yarımçıq qalmış bir iş var və bu, İslam Respublikasının məhv edilməsidir”, – deyə Əraqçi vurğulayıb.
Onun sözlərinə görə, Netanyahu bu səbəbdən ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə yönəldib.
“Qarşı tərəf qeyd-şərtsiz təslim olma tələbi ilə başlayıb və son nəticədə İranla memorandum imzalayıb. Yəni İran ABŞ qarşısında mövqeyini qoruyub və bu ölkəni İslam Respublikasının suverenliyinə hörmət etməyə məcbur edib”, – deyə Əraqçi bildirib.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
