Netanyahu Trampla İranın nüvə potensialını ətraflı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Floridada ABŞ Prezidenti Donald Trampla görüş zamanı onlar İranın nüvə potensialını ətraflı müzakirə ediblər.
"The Times of Israel" xəbər verir ki, Netanyahu bunu Nazirlər Kabinetinin həftəlik iclasının əvvəlində bəyan edib.
"Biz bir tərəfdən uranın zənginləşdirilməsi, digər tərəfdən isə İrandan 400 kq zənginləşdirilmiş materialın çıxarılmasının, nüvə obyektlərinə ciddi və real nəzarətin təmin edilməsinin zəruriliyi ilə bağlı ümumi mövqeyimizi təsdiqlədik", – deyə İsrailin Baş naziri bildirib.
O, Trampla Qəzzada vəziyyəti müzakirə etdiklərini və amerikalı liderin HƏMAS-ın silahı yerə qoymasını birmənalı tələb etdiyini bildirib.
"Başqa variant yoxdur. Bu, Trampın 20 bənddən ibarət sülh planının reallaşdırılması üçün zəruri və fundamental şərtdir", – deyə Netanyahu sözlərinə əlavə edib.
#Benyamin Netanyahu teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
