Nəticələri əhaliyə izah etmək məsuliyyəti... | Rusiya XİN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin ölkənin “Avropa İttifaqına üzvlük prosesinin başlanması”na dair qanun layihəsini təsdiqləməsinə münasibət bildirib.
O, keçirdiyi brifinqdə qeyd edib ki, problem siyasi ehtiraslarda yox, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin qurulduğu hüquqi-normativ bazalar və tarif sistemlərindədir.
Onun sözlərinə görə, bu təşkilatların hüquqi normativ bazaları və tarif sistemləri qarşılıqlı istisna xarakteri daşıyır:
“Əlbəttə, burada söhbət Ermənistanın suveren seçimindən gedir. Lakin onların planlaşdırdıqları addımların bütün nəticələrini əhaliyə izah etmək məsuliyyəti Avrasiya İqtisadi İttifaqının deyil, indiki Ermənistan hakimiyyətinin üzərinə düşür. Mənzərəni tamamlamaq üçün bu cür addımların necə bitdiyinə dair yaxın tarixdən nümunələr də vermək mümkündür”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
