Pleyeri seçin:
Nigeriyada avtobus və kilsəyə edilən silahlı hücumda azı 9 nəfər öldürülüb - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nigeriyanın mərkəzi hissəsində yerləşən Plato ştatında naməlum silahlı şəxslərin törətdiyi hücumlar nəticəsində azı 9 nəfər öldürülüb.
Bu barədə "Sinxua" agentliyi xəbər verib.
Silahlı şəxslər Barkin-Ladi rayonunda avtobusa hücum edərək 5 nəfəri öldürüblər. Daha 4 nəfər isə səhər kilsəyə getdikləri vaxt qətlə yetirilib.
Hücumlar Riyom rayonunda və qonşu icmalarda da baş verib. Yeni hücumların ola biləcəyindən ehtiyat edən bəzi sakinlər evlərini tərk ediblər.
Hazırda heç bir silahlı qruplaşma hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.
Kopyalandı
#Nigeriya teqi istifadə olunub
- Nigeriyada Ebola virusuna yoluxma şübhəsi ilə iki pasiyent təcrid olunub - Baku TV
- Silahlı qruplaşmanın bir neçə üzvü zərərsizləşdirilib
- Nigeriyada yüzlərlə insan Balıq Festivalına qatıldı
- Nigeriya Prezidenti silahlı hücumu “qorxaq və vəhşi” adlandırıb
- Donald Trampdan sensasiyalı açıqlama - Baku TV CANLI
