Nikol Yeni ilə üzrlə başladı | Paşinyandan xalqına müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan Yeni il müraciətində xalqdan üzr istəyib.
Əvvəlcə iqtisadi yüksəlişdən, maaşların artmasından, rifahdan danışan Baş nazir daha sonra keçilən və qarşıda duran sınaqlardan bəhs edib.
“Biz bu yolun böyük hissəsini keçmişik, lakin qarşıda duran yeni sınaqlardan, çətinliklərdən sığortalanmamışıq və müstəqil dövlətə sahib olmaq və o dövləti nəsillərimizə miras qoymaq əzmimizdə tərəddüd etməməliyik.
Mən həmçinin son illərdə yaşadığımız ağrılara görə hər birinizdən, bütün vətəndaşlardan üzr istəmək istəyirəm. Sizdən hər hansı bir cinayət törətdiyim və ya bir anlıq olsa da, sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üçün deyil, sizin hisslərinizi bildiyim və mən də eyni hissi yaşadığım üçün üzr istəyirəm.
Amma bu hiss heç bir halda mənim dövlət başçısı kimi vəzifəmi sarsıda bilməz, bundan belə nəticə çıxır ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistanın dövlət maraqlarından irəli gəlməlidir. Məhz buna görədir ki, mən regionumuzdakı qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi üçün həll yollarının tapılmasını prioritet hesab edirəm və bundan sonra da dövlət naminə, gələcək naminə, gələcək nəsillər naminə o yolu qətiyyətlə gedəcəyəm”, – N.Paşinyan bildirib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
