Pleyeri seçin:

Niyə bəziləri Fransiskə "antixrist" deyirdi?

22 aprel 2025 456 baxış

Roma Papası Fransisk vəfat etdi. Bəs onun Vatikana liderliyi nə ilə yadda qaldı? Yaxud o, özündən sonra nə miras qoydu?

“Politico”da paylaşılan yazıda onun özündən sonra mürəkkəb irs saxladığı qeyd olunub.

Ölümündən bir neçə həftə əvvəl Fransiskin fəaliyyəti mühafizəkarların hiddətinə səbəb olurdu. O, ABŞ-nin yeni administrasiyasını sərt tənqid edirdi.

Mühakimələr miqrantların deportasiyası ilə başladı. Müqəddəs Taxt-Tacın mərhum başçısı Ukrayna ilə bağlı sülh çağırışları ilə də populyar idi. O, Çində dini azlıqların təzyiqlərə məruz qalmasını da qınayırdı, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını da mühakimə edirdi.

Fransiskin Vatikana rəhbərliyi siyasi vəziyyətlə bağlı çıxışları ilə məhdudlaşmırdı. Roma Papasının nə edəcəyini kardinallar da dəqiq bilmirdilər. Çünki o, fikrini tez-tez dəyişirdi. Bu, ən çox mediaya informasiya sızması zamanı baş verirdi.

Ona qarşı formalaşan müxalifətin lideri isə kardinal Raymond Berk idi. Raymond Berk ilə Fransisk arasındakı ən ciddi konfliktlərdən biri Malta Ordeni tərəfindən Myanmaya prezervativ daşınmasına görə düşmüşdü.

“Politico”dakı məqalədə qeyd olunub ki, Fransisk strateq idi və rəqiblərini bir-biri ilə kəllə-kəlləyə gətirməyi bacarırdı. Hətta onu “Antixrist” ‒ İsa Məsihə qarşı çıxan da adlandıranlar olub.

Vatikanın büdcəsindən pulların silinməsi də qalmaqal idi. 2017-ci ildə əsas auditorun işdən uzaqlaşdırılması bu şübhələri artırdı. Keçmiş kardinal Ancelo Beççiunun həbs qərarı kilsədaxili mübahisələri bir az da qabartdı. Onun cinsi istismarda ittiham olunan dostlarını müdafiə etməsi də müəyyən suallar doğururdu.

Məqalənin sonunda qeyd olunub ki, Fransisk kilsədə islahatlar aparmaq əvəzinə, özündən sonra xaos qoydu. Onu əvəzləyənlər hörümçək toruna düşmüş halda olacaqlar. Çünki mühafizəkarlar belə desək, “bıçaqlarını itiləyib gözləyirlər”.

Qeyd edək ki, bütün ittihamlara rəğmən, 1,4 milyard inanclı insan Roma Papası Fransiski dəstəkləyirdi. Belə reytinqə isə heç ən populyar siyasətçilər də malik deyil.

Kopyalandı
Banner
3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir

3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir

Dünya
24 oktyabr 2026 456 baxış
Antonio Koşta Qara dənizdə gəmilərə endirilən zərbələri pisləyib

Antonio Koşta Qara dənizdə gəmilərə endirilən zərbələri pisləyib

Dünya
24 oktyabr 2026 456 baxış
Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd

Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd

Dünya
24 oktyabr 2026 456 baxış
ABŞ İrandan sonra bu ölkə ilə münaqişəyə başlayacaq? - Baku TV CANLI

ABŞ İrandan sonra bu ölkə ilə münaqişəyə başlayacaq? - Baku TV CANLI

Dünya
24 oktyabr 2026 456 baxış
Ukrayna üçün kritik mərhələ | Tramp Putinlə Zelenskini görüşdürə biləcək? - Baku TV

Ukrayna üçün kritik mərhələ | Tramp Putinlə Zelenskini görüşdürə biləcək? - Baku TV

Dünya
24 oktyabr 2026 456 baxış
Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə

Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə

Dünya
24 oktyabr 2026 456 baxış
Kiyevin yeni gedişi | ABŞ-li senatorlar Trampı razı sala biləcəkmi? - Baku TV

Kiyevin yeni gedişi | ABŞ-li senatorlar Trampı razı sala biləcəkmi? - Baku TV

Dünya
24 oktyabr 2026 456 baxış
Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV

Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV

Dünya
24 oktyabr 2026 456 baxış
Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV

Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV

Dünya
24 oktyabr 2026 456 baxış
Dövlət ittihamçısının vəsatəti təmin olundu | Keçmiş prezidentlə bağlı yeni qərar - Baku TV CANLI

Dövlət ittihamçısının vəsatəti təmin olundu | Keçmiş prezidentlə bağlı yeni qərar - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 456 baxış
Seçilmişlər
icon