Odessa bombalanan vaxt Polşa-Ukrayna dəmir yolu xəttində təxribat törədildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu Odessaya dron hücumu həyata keçirib. Liman və enerji infrastrukturları hədəf alınıb.
Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hava hücumundan müdafiə sistemi işə düşsə də, bəzi zərbələrin qarşısı alınmayıb və partlayışlar baş verib.
Bir nəfər xəsarət alıb. Broska kəndi işıqsız qalıb.
Bundan başqa, Xarkov, Sumı, Çerniqov və Donetskin də enerji infrastrukturları atəşə tutulub.
Polşadan Ukraynaya istiqamətlənən dəmir yolu xətti zədələnib. Söhbət Varşava şəhərini Ukrayna ilə sərhəddə yerləşən Doroqusk stansiyası ilə birləşdirən marşrutdan gedir. Bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib. Onun sözlərinə görə, bu, diversiya qrupunun təxribatı ola bilər.
Hazırda ərazidə araşdırma aparılır.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
