Pleyeri seçin:
Olaf Şolts və İlon Mask bir-birinə niyə od püskürdü?
Almaniya Kansleri Olaf Şolts amerikalı milyarder İlon Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib.
Bu barədə yerli media məlumat yayıb.
“Bizi həqiqətən narahat etməli olan şey odur ki, İlon Mask kimi mediada nüfuzu olan şəxs mərkəzi Avropada ifrat sağçı partiyaları dəstəkləyir”, – deyə Kansler qeyd edib.
Onun sözlərinə görə, İ.Maskın bu cür hərəkətləri tənqidə layiqdir.
Amerikalı milyarder və “SpaceX” şirkətinin qurucusu olan İlon Mask isə Almaniya Kanslerinə açıqlamasına görə etirazını bildirib və onun adını təhrif edib. Bu barədə İ.Mask “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək qeyd edib.
“Ayıb olsun sənə, Oaf Şits”, – deyə o bildirib.
Kopyalandı
#Almaniya teqi istifadə olunub
- Almaniya uzaqmənzilli arsenalını genişləndirir
- Ukrayna qışa necə hazırlaşacaq? | Berlin generator və ehtiyat hissələri göndərir - Baku TV CANLI
- Düşmən ərazisini sarsıdacaq yeni arsenal | Berlin niyə yeni raketlərə keçid edir? - Baku TV CANLI
- Almaniya Çernobıl Atom Elektrik Stansiyasının bərpasına maliyyə dəstəyi göstərəcək - Baku TV
- Ölkədə casusluq hallarının sayı artıb
