Pleyeri seçin:
Ölkədə fövqəladə vəziyyət elan edildi | Yaponları dəhşətə gətirən qar
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın şimalındakı Hokkaydo bölgəsində rekord miqdarda qar yağıb.
Son 12 saatda yağan qarın miqdarı Hokkaydo bölgəsindəki Obihiro şəhərində 120, Honbetsu şəhərində isə 85 santimetrə çatıb.
Səlahiyyətlilər hər 2 şəhərə yağan qar miqdarının bütün zamanların ən yüksək səviyyəsi olduğunu açıqlayıb.
Qar yağması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan olunub, vətəndaşlara tufan və çovğunla bağlı xəbərdarlıq edilib.
Hava şəraiti gündəlik həyata da mənfi təsir edib. Belə ki, Hokkaydo bölgəsində nəqliyyatın hərəkəti dayanıb, Obihiro və Vakkanai hava limanlarında da bütün uçuşlar ləğv edilib.
Səlahiyyətlilər qeyd ediblər ki, bölgədə elektrik enerjisi də kəsilə bilər.
Kopyalandı
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
