Pleyeri seçin:

Ölkəmizin iştirakı olmadan Rusiya ilə ABŞ arasında danışıqları qəbul etməyəcəyik | Zelenski

14 fevral 2025 191 baxış

“Ölkəmizin iştirakı olmadan Rusiya ilə ABŞ arasında hər hansı danışıqları qəbul etməyəcəyik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski əlavə edib ki, Tramp eyni anda həm Ukrayna, həm də Rusiya liderləri ilə danışmaq istədiyini açıqlayıb.

“Mən həqiqətən ilk növbədə prioritetin Ukrayna olduğunu düşünürəm. Bizdə müharibə gedir və Putin bizə qarşıdır. Tramp mənimlə söhbətdə Putinin və Rusiyanın prioritet olduğunu demədi. Hazırda biz bu sözlərə inanırıq. ABŞ-nin dəstəyini hiss etmək ölkəmiz üçün çox vacibdir. İndiyədək Prezident Donald Trampla olan söhbətlərimizdə bunu qeyd etmişəm. Onun ilk olaraq Rusiya tərəfi ilə danışması prioritet idi. Siz bilirsiniz ki, həm Ukrayna cəmiyyəti, həm də avropalılar ölkəmizin prioritet olduğunu bilir. Ona görə də Ukrayna olmadan ölkəmiz haqqında hər hansı müzakirə gedə bilməz”, – deyə Zelenski bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kiyev Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda bu və ya digər şəkildə iştirak edəcək, lakin Moskva ilə Vaşinqton arasında ikitərəfli dialoq da olacaq.

“Bu və ya digər şəkildə, əlbəttə ki, Ukrayna danışıqlarda iştirak edəcək. Bu dialoqun ikitərəfli Rusiya-Amerika treki də olacaq və bu, Ukraynanın iştirakı ilə bağlı olacaq”, – deyə o, Ukraynanın danışıqların tamhüquqlu iştirakçısı hesab edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 191 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 191 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 191 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 191 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 191 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 191 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 191 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 191 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 191 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 191 baxış
Seçilmişlər
icon