Ölkənin altını üstünə gətirən partlayışlar | Ukraynada dəhşət yaşandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri avqustun 31-i gecə saatlarında Ukraynanın Zaporojye vilayətini atəşə tutub.
Hücum nəticəsində 1 nəfər ölüb, 37 nəfər isə yaralanıb.
Yerli medianın yaydığı məlumata görə, regionun 16 yaşayış məntəqəsinə 400-ə yaxın hücum həyata keçirilib. Zaporojyeyə isə 10-dan çox raket zərbəsi endirilib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin “X-101” raketləri ilə Ukraynadakı hədəflərə də hücum edib. Əsas hədəf Odessa olub. Limanlar, gəmi təmiri zavodu, anbarlar və hərbi obyektlər atəşə tutulub.
Zərbələr nəticəsində partlayışlar baş tutub. Bu isə raket yanacağı istehsal edən zavodun yerləşdiyi Pavloqradda, eləcə də Dnepropetrovsk şəhərinin kənarında daha çox hiss olunub.
Sumı və Xarkov vilayətləri də dron hücumlarına məruz qalıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
